Ötən ay 20 aptekdə nöqsan aşkarlanıb

Xəbərlər

02.05.2025 - 20:35

Həkimlər Klinikalar SEO Xidməti

Nöqsanlarla bağlı protokollar tərtib edilib

2025-ci ilin aprel ayı ərzində Bakı şəhəri üzrə 13, respublikanın digər şəhər və rayonlarında isə 45 aptek olmaqla, ümumilikdə 58 aptek təftiş olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib.

Qeyd olunub ki, onlardan 56 planlı, bir plandankənar və bir yoxlamadan kənar təftiş həyata keçirilib. Yoxlamalar zamanı 20 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.10, 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş