Dünyanın ən təhlükəsiz avtomobillərinin adı açıqlanıb

Maraqlı

17.01.2025 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

“Zeekr X” krossoveri “Ən təhlükəsiz elektrik avtomobili” kateqoriyasında qalib gəlib

“Euro” NCAP təşkilatı aparılmış kraş-testlərin nəticələrinə əsasən 2024-cü ilin ən təhlükəsiz minik avtomobillərinin adını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə “Motor.ru” məlumat yayıb.

Beləliklə, “Zeekr X” krossoveri “Ən təhlükəsiz elektrik avtomobili” kateqoriyasında qalib gəlib. Bundan əlavə, bu model kiçik krossover sinfində ən yaxşı avtomobil kimi tanınıb.

“Mazda” CX-80 “Euro” NCAP tərəfindən ən təhlükəsiz iri krossover kimi tanınıb. Böyük ailə avtomobillərinin reytinqində “Skoda Superb” lider idi. Mütəxəssislər həmçinin Çin istehsalı olan “Maxus eTerron 9”un yüksək təhlükəsizliyini qeyd ediblər. Kateqoriyalardan asılı olmayaraq, mütləq qalib “Mercedes-Benz” “E-Class” olub.

Qeyd edək ki, “Euro” NCAP aktiv və passiv təhlükəsizliyin qiymətləndirilməsi ilə avtomobillərin müstəqil qəza testlərini həyata keçirən Avropa təşkilatıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş