Şimali Koreya qoşunları Rusiya-Ukrayna sərhədində yerləşdirilir?

Dünya

02.05.2025 - 16:44

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi analitik: “Koreyalı əsgərlərin Rusiya sərhədində yerləşdirilməsi ehtimalı azdır”

“Şimali Koreya qoşunlarının Rusiya sərhədində yerləşdirilməsi ehtimalı azdır. Çünki onların Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi uğrunda döyüşlərdə iştirakı başqa məqsədlər güdürdü”. AYNA.AZ xəbər verir ki, bu sözləri “Lenta.ru”ya müsahibəsində rusiyalı hərbi analitik Yevgeni Norin deyib.

Ekspert qeyd edib ki, Şimali Koreya öz qüvvələrini Rusiyada koreyalılara müasir döyüş əməliyyatlarında təcrübə qazandırmaq üçün göndərib. Analitik Pxenyanın çoxlu əsgər göndərmədiyini də xatırladıb

Eyni zamanda, Norin Rusiya ilə Şimali Koreya arasında strateji tərəfdaşlığın qarşılıqlı faydalı olduğunu və Ukraynadakı münaqişə kontekstində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Şimali Koreyanın münaqişədə iştirakı başqa əsaslara dayanır. Pxenyan bizə hərbi materiallar, döyüş sursatları və qismən silahlarla kömək edir. Belə bir ittifaqın çox faydalı olması çox vacibdir. Lakin bu, dəqiq hərbi-texniki köməkdir”, - deyə Norin vurğulayıb

Aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Şimali Koreya əsgərlərinin Kursk vilayətinin azad edilməsinə yardım göstərdiyini açıqlayıb. Rusiya lideri Vladimir Putinə məruzəsində o Şimali Koreyadan olan əsgər və zabitlərin yüksək peşəkarlıqla yanaşı, “qəhrəmanlıq, mətanət və mərdlik nümayiş etdirdiyini” vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş