Pandemiya 192 ölkədə 95 min 735 nəfər insanın ölümünə səbəb olub
Dünya miqyasında koronavirusa yoluxanların sayı 1 milyon 600 min nəfəri keçib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hazırda dünyada 1 milyon 604 min 718 nəfər aktiv koronavirus xəstəsidir.
Pandemiya 192 ölkədə 95 min 735 nəfər insanın ölümünə səbəb olub. İnfeksiyanın ən sürətli yayıldığı ABŞ-da ölənlərin sayı 16 min 697-ə, yoluxanların sayı isə 468 min 887-ə yüksəlib.
İlk üçlüyü tamamlayan İspaniyada ölənlərin sayı 15 min 447-ə, İtaliyada isə 18 min 279-a çatıb.