Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

Dünya

09.05.2020 - 08:43

cedabet dərman SEO Xidməti

Çində indiyədək 82 887 nəfərdə koronavirus aşkarlanıb

 

Çinin materik hissəsində son sutka ərzində cəmi bir nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Həm şəxs virusa ölkədən xaricdə yoluxub.

 

AYNA “TASS”a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

 

Bildirilir ki, ölkədə simptomlar müşahidə edilməyən daha 15 xəstə aşkar edilib. Çində indiyədək ümumilikdə 82 887 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənib, onlardan 1681-i ölkəyə kənardan gəlib. 4633 nəfər isə virusdan ölüb.

 

Xəstəxanalarda hazırda 208 koronaviruslu xəstə var, 78 mindən çox insan isə sağalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş