Çində koronavirusla bağlı son vəziyyət

Dünya

19.06.2020 - 09:33

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda ölkədə 293 aktiv koronavirus xəstəsi var 

 

Çində son sutka ərzində 32 nəfərdə koronavirus aşkarlanıb, 4 pasiyent sağalıb, ölən olmayıb. AYNA xarici mətbuata istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Qeyd edilir ki, yoluxma hallarından 28-i ölkə daxilində (25-i Pekində, 2-si Hubey əyalətində, 1-i Lyaonin əyalətində), 4-ü isə xaricdən gələn şəxslərdə aşkarlanıb.

 

Ölkədə 293 aktiv koronavirus xəstəsi var ki, onlardan da 11-i ağır vəziyyətdədir.  

 

Çində ümumilikdə 83 325 yoluxma, 4 634 ölüm halı qeydə alınıb, 78 398 nəfər sağalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş