Çində koronavirusla bağlı son vəziyyət

Dünya

12.06.2020 - 08:13

Koronavirus xaricdən gələn ölkə vətəndaşlarında aşkarlanıb

 

Çində ötən sutka ərzində 7 nəfərdə yeni növ koronavirusun aktiv forması və bir simptomsuz yoluxma halı aşkarlanıb, 4 pasiyent sağalıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

 

Koronavirus xaricdən gələn ölkə vətəndaşlarında aşkarlanıb. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

 

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 064 nəfərə çatıb. Ölkədə müalicə alan 78 365 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

 

Hazırda 104 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Müəllif: Ayna.az