Çində daha 27 nəfər koronavirusa yoluxub

Dünya

20.06.2020 - 06:43

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa yoluxanların dördü xaricdən gələn ölkə vətəndaşlarıdır

 

Çində ötən sutka ərzində 27 nəfərdə yeni növ koronavirusun aktiv forması və 7 simptomsuz yoluxma halı aşkarlanıb, 12 pasiyent sağalıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

 

Koronavirusa yoluxanların dördü xaricdən gələn ölkə vətəndaşlarıdır. Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

 

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 352 nəfərə çatıb. Ölkədə müalicə alan 78 410 nəfər sağalıb, 4 634 xəstənin həyatını xilas etmək mümkün olmayıb.

 

Hazırda 83 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş