Bu səhər 700 mindən çox ev elektrik enerjisiz qalıb
Braziliyanın cənubunda iyunun 30-dan iyulun 1-nə keçən gecə baş verən siklon nəticəsində azı 7 nəfər ölüb.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, səhər tezdən küləyin sürəti saatda 90 kilometri keçərək ağacların aşmasına, nəticədə evlərə və elektrik xətlərinə ciddi ziyan vurmasına səbəb olurdu. Bu səhər 700 mindən çox ev elektrik enerjisiz qalıb. Parana ştatının paytaxtı Kuritibada güclü külək bir neçə evin damını havaya sovurub.
Ölkənin cənub-şərqindəki San Pauluda siklon yeddi qayıq və iki kateri batırıb.