Ölkə daxilində 12396 nəfər həyatını itirib
Koronavirusdan ən çox təsirlənən ölkələrdən biri olan Böyük Britaniyada vəziyyət kritik həddə çatıb.
AYNA xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi son 24 saat ərzində virusla bağlı baş verənləri ictimaiyyətin diqqətinə çatdırıb.
Məlumata görə, gündəlik olaraq 600-ün üstündə olan ölüm sayı bu gün 740-a yüksəlib. Bununla da ölkə daxilində həyatını itirənlərin sayı 12396 nəfərə çatıb.
Ölənlərin yaş həddi 45-93 olaraq qeyd edilib. 40 insanın isə sağlamlıq problemləri olmadan vəfat etdiyi vurğulanıb.