Cənubi Keçid Şurası hadisə ilə bağlı heç bir açıqlama verməyib
Birlşmiş Ərəb Əmriliklərinə (BƏƏ) bağlı Yəmən Keçid Şurası Səudiyyə Ərəbistanının Yəmən hökumətinə göndərdiyi silah-sursatı ələ keçirib.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, Yəmən hökumətinə bağlı hərbi mənbələrdən alınan məlumata görə, BƏƏ-nin dəstəklədiyi Keçid Şurası Səudiyyə Ərəbistanı tərəfindən göndərilən silah karvanının Lahic əyalətinin Yafi rayonunda dayandırıb.
Lakin Cənubi Keçid Şurası hadisə ilə bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterres martın 23-də Yəməndə hökumət və müxalifəti koronavirusa görə hücumları dayandırmağa çağırmışdı. Buna baxmayaraq, hələ də bir çox şəhərdə münaqişələr davam edir.