Bir gündə 10 mindən çox şəxs COVID-19-dan ölüb

Dünya

11.02.2021 - 00:45

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Dünyada COVID-19-a yoluxanların sayı 106,55 milyon nəfəri ötüb

 

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 106 555 206 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 333 446 insan ölüb.

 

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 334 648 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 10 702 pasiyent təhlükəli infeksiyadan ölüb.

Müəllif: Ayna.az