Belçikada virusdan ölənlərin 51 faizi qocalar evində qeydə alınıb

Dünya

14.05.2020 - 15:01

cedabet Klinikalar SEO Xidməti

Son sutka ərzində ölənlərin sayı 60 nəfər artıb

 

Belçikada yeni növ koronavirusa yoluxanların sayı son 24 saat ərzində 307 nəfər artaraq 54 min 288-ə çatıb. AYNA xəbər verir ki, bu barədə Belçika Böhran Mərkəzi açıqlama yayıb.

 

Açıqlamada, son sutka ərzində ölənlərin sayının 60 nəfər artaraq 8903-ə yüksəldiyi bildirilib.

 

Ölənlərin 48 faizinin xəstəxanalarda, 51 faizinin isə qocalar evində öldüyü qeyd olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş