Baş Nazir Covid-19-a yoluxub

Dünya

27.03.2020 - 17:18

Həkimlər Klinikalar SEO Xidməti

Baş Nazirin koronavirus analizlərinin nəticələri müsbət çıxıb

 

Böyük Britaniyanın Baş Naziri Boris Conson da koronavirusa yoluxub.

 

AYNA xəbər verir ki, bu barədə Baş Nazir özü "Twitter" səhifəsində məlumat verib.

 

B.Consonun yazdığına görə, onda son 24 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb və koronavirus analizlərinin nəticələri müsbət olub.

 

“İndi mən özümü təcridetmədəyəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik", - deyə 55 yaşlı siyasətçi bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş