Bakıda 5 kiloqram narkotik aşkarlanıb - VİDEO

Xəbərlər

15.08.2026 - 22:49

Bir nəfər şübhəli şəxs saxlanılıb

Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Elcan Hüseynov saxlanılıb.

Ondan 5 kiloqram narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş