O, Xankəndinin mərkəzi meydanında geniş nitq söyləyəcəyini bildirib
Ermənistanın Baş Naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edəcək. AYNA erməni mətbuatına xəbər verir ki, bu barədə o, rəsmi “Facebook” səhifəsində xəbər paylaşıb.
Paşinyan Dağlıq Qarabağa gələcəyini və Xankəndinin mərkəzi meydanında geniş nitq söyləyəcəyini yazıb.