Bakı-Balakən dəmiryol marşrutu ilə gecə səfərləri başlayır

Xəbərlər

25.12.2024 - 00:39

Həkimlər Klinikalar SEO Xidməti

Yataq tipli qatarlar yanvarın 3-dən etibarən hərəkət edəcək

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə başlayır.

Oxu.Az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

QSC-dən AYNA-ya bildirilib ki, yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək (Bakıdan Balakənə 8 saat 20 dəqiqə, Balakəndən Bakıya 8 saat 40 dəqiqə).

Marşrut üzrə Şəki, Zaqatala, Qax və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.

Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), "ADY Mobile" mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş