Müəllimlik arzusunda olanların diqqətinə!

Xəbərlər

04.09.2019 - 12:14

İşə qəbul üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb

 

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri məlum olub. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Məlumata görə, əlavə yerləşdirmə zamanı uğur qazanmış namizədlər sentyabrın 10-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

 

Qeyd edək ki, müəllimlərin əlavə yerləşdirilməsi üzrə müsahibə mərhələsi sentyabrın 2-də keçirilib.

Müəllif: Ayna.az