Prezident İlham Əliyev Qəbələ rayonunda səfərdədir

Xəbərlər

28.10.2019 - 12:57

Ölkə başçısı Qəbələ rayonunda bir sıra müəssisələrin açılış mərasimində iştirak edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonuna səfər edib.

 

AYNA xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

 

Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib.

 

Ölkə başçısı Qəbələ rayonuna səfər çərçivəsində bir sıra müəssisələrin açılış mərasimində də iştirak edib.

 

Prezidenti İlham Əliyev Qəbələ rayonunun Vəndam qəsəbəsindəki dekorativ gülçülük istixanası ilə tanış olub. Dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, “AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün Qəbələ rayonunun Vəndam kəndində istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb. Məhsullar bazara “Made in Azerbaijan” brendi ilə çıxarılacaq.

Dövlət başçısı, həmçinin Qəbələ rayonunda yenidənqurmadan sonra istismara verilmiş 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyasında yaradılmış şəraitlə tanış olub. Eyni zamanda 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə salıb.

 

İlham Əliyev Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində də iştirak edib.

Prezident daha sonra “Azərxalça” ASC-nin Qəbələ filialının açılış mərasiminə qatılıb.  Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.

 

Bu gün, həmçinin Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub. Prezident İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.

Müəllif: Ayna.az