Hərbçilərimiz Almaniyada təlim keçəcəklər - <font color=red> VİDEO</font>

Xəbərlər

10.09.2019 - 12:45

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi qulluqçularımız “Saber Junction - 19” təlimində iştirak edəcəklər

 

Azərbaycan Ordusunun hərbi qulluqçuları “Hohenfels” təlim mərkəzində keçiriləcək “Saber Junction - 19” çoxmillətli briqada taktiki təlimində iştirak etmək üçün Almaniya Federativ Respublikasına yola düşüblər. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Amerika Birləşmiş Ştatları Avropa Komandanlığının (EUCOM) təşkilatçılığı ilə keçiriləcək təlimin əsas məqsədi NATO və tərəfdaş ölkələr arasında əməliyyat uyarlılığının və bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, eləcə də hərbi qulluqçuların fərdi bacarıqlarının təkmilləşdirilməsidir.

 

Azərbaycan Ordusunun nümayəndələrinin də qatıldığı təlimə NATO-nun üzv və tərəfdaş ölkələrinin ordularından 2000-dək hərbi qulluqçu cəlb olunub. Təlim sentyabrın 30-dək davam edəcək.

Müəllif: Ayna.az