Bağdad Hava Limanı raket atəşinə tutulub

Dünya

31.07.2020 - 07:44

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində xəsarət alan olmayıb

 

İraqın paytaxtı Bağdadda yerləşən Beynəlxalq Hava limanına iki raket atılıb. 

 

AYNA xəbər verir ki, bu barədə “France-Presse” agentliyi İraq hərbçilərinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. 

 

“Reuters”in məlumatına görə, mərmi iki fərqli yerdən atılıb.

 

Raketlərin hansı qüvvələr tərəfindən atılması barədə hələlik məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş