“”Azərsu” əlini dövlət büdcəsinə uzatsa, “Kərəmi ağlamaq tutacaq”” - <font color=red> DEPUTAT</font>

Aktual

02.02.2021 - 21:23

Rüfət Quliyev: “Dövlət üçün qiymət artımı maraqlı deyil və bunlar qeyri- populyar, zərurətdən doğan məcburi addımlardır”

 

Tarif Şurasının son iclasında “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

 

Su təchizatının bundan əvvəlki tarifi isə ƏDV daxil olmaqla, əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə-1 kub metr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kub metr üçün 8 manat olub.

 

Qeyd edək ki, Tarif Şurası bir müddət əvvəl də iclas keçirmiş və iclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılmışdı. Müraciətə əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilmişdi.

 

Bəs, su təchizatının birdən-birə 100 faiz artırılmasını necə başa düşmək olar və bu, nə dərəcədə düzgün qərardır? Həmçinin, qiymətlərin müxtəlif sahələrdə ardıcıl iki dəfə artırılmasını nəzərə alsaq, yaxın gələcəkdə yenidən qiymət artımı baş verə bilərmi?

Rüfət Quliyev: Ukraynada prezident seçkilərində seçici fəallığı müşahidə  olunur - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

AYNA-ya açıqlama verən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisad elmləri doktoru Rüfət Quliyev əvvəlcə yanacağın bahalaşmasına münasibət bildirib: “Yanacağın bahalaşmasında hardasa həqiqət vardı ki, ekoloji dəyişikiklərin olacağı, keyfiyyətin artacağı kimi məqamlar nəzərə alınmışdı. Bu məqamlar olduğuna görə də, neftqayırma zavodlarına daha keyfiyyətli yanacaq istehsal edilməsi üçün vəsait xərclənəcək. Təbii ki, bu da müəyyən qədər istehlak bazarına, yəni, qiymətlərə təsir edəcək. Dizelin isə 30 faizi kənd təsərrüfatında istifadə edilir deyə, dövlət özü onu tənzimləyəcək. Yəni, subsidiyalar artırılacaq ki, kənd təsərrüfatı ilə məşğul olan insanlar qiymət artımını hiss etməsinlər və hiss etməməmlidirlər. Azərbaycanda Antinhisar və İstehlak Bazarına Nəzrət Dövlət Xidməti var ki, bu qurum süni qiymət artımı baş verməsin deyə, müəyyən işlər görəcək. Yəni, qiymət artımı olsa da cüzi formada olmalı və tənzimlənməlidir. Dövlət qurumu da buna nəzarət etməlidir. Lakin nə qədər nəzarət edəcək və ya etməyəcək, bunu demək çətindir”.

 

“Su təchizatının bahalaşmasına gəlincə, “Azərsu” ASC buna belə bir arqument gətirdi ki, əvvəl dövlətdən subsidiya alırdılar, investisiya üçün vəsaiti dövlətdən almaq üçün təkliflər verirdilər, amma indi artıq dövlət büdcəsindən asılı qalmayacaqlar. Biz də millət vəkili kimi büdcəni qəbul edəndə bu rəqəmləri görür və sual verirdik. Cavab olaraq da bunun sosial məsələ olduğunu deyib, əhəmiyyətini vurğulayırdılar. Təbii ki, buna kəskin çıxış edən deputatlar da var idi. Mən sosial məsələdir deyə, bunu qəbul elədim, lakin bundan sonra “Azərsu” dövlət büdcəsindən pula ehtiyacını olduğunu desə, əlini dövlət büdcəsinə uzatsa, “Kərəmi ağlamaq tutacaq”, - deyə millət vəkili vurğulayıb.

 

O, bəzi amillərin qiymət artımına zərurət yaratdığını vurğulayıb: “Bir çox siyasətçilər və iqtisadçılar bəzən məsələləri deməkdən çəkinirlər, amma etiraf etmək lazımdır ki, Azərbaycan 2020-ci ildə iki mühüm məsələnin öhdəsindən gəlib. Bunlardan biri koronavirus pandemiyası idi ki, biz bunun qarşısını görülən tədbirlər nəticəsində az itkilərlə ala bildik. Yəni, ziyanın yarısından çıxdıq. Təbii ki, buna görə, iqtisadiyyatımızda 4 faiz geriləmə oldu. İkinci mühüm məsələ Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədir. Təbii ki, bu müharibədə həm insan itgisi oldu-şəhidlər verdik, qazilərimiz oldu. Həm şəhid və qazilərimizin şüacəti sayəsində, həm də ən son müasir silahlardan istiafdə edərək biz bu məsələni həll elədik. Təbii ki, bu da həm iqtisadiyyata, həm də büdcəyə öz təsirini göstərdi. Buna baxmayaraq, biz yenə də iqtisadiyyatmızın dayanıqlığını təsdiq elədik. Yəni, iqtisadiyyat fizika qanunları kimi işləyir və öz təsirlərini mütləq göstərir”.

 

“Lakin dövlət üçün qiymət artımı maraqlı deyil və bunlar qeyri- populyar, zərurətdən doğan məcburi addımlardır. Dövlət də əlindən gələni edəcək ki, qiymət artımı özünü bir o qədər hiss elətdirməsin. Məsələn, “Azərsu”u bundan sonra dövlətdən heç bir vəasit almayacaq, öz işini özü görəcək və bundan sonra bəhanə gətirməyə sözü olmayacaq. Ona görə də gedişatı izləmək lazımdır”, - Quliyev fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib