Fransız dili müəllimliyinə namizədlərdən 5-i yüksək bal toplayıb - <font color=red> FOTO</font>

Aktual

15.08.2020 - 20:21

Həkimlər Klinikalar SEO Xidməti

İmtahanda iki namizəd 54 bal toplayıb

 

Müəllimlərin işə qəbulu müsabiqəsində fransız dili üzrə 5 namizəd yüksək nəticə göstərib. Təhsil Nazirliyindən AYNA-ya verilən xəbərə görə, imtahanda Zəhra Xangəldiyeva və Sona Məmmədova 54, Gülnar Mehdiyeva 52, Elnurə Kazımova və Nərminə Hüseynova isə 50 bal toplayıblar.

 

Xatırladaq ki, avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilib. İmtahanlar ümumilikdə təxminən 18 gün davam edəcək. Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunur. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.

 

Müsabiqədə iştirak etmək üçün 53 min 880 namizəd elektron qeydiyyatdan keçib, onlardan 51 min 227 namizəd elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46 min 252 namizədin ərizəsi qəbul edilib. Müsabiqənin test mərhələsində 46 min 228 namizəd iştirak hüququ qazanıb.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət