Azərbaycanda bir gündə 45 nəfər COVID-19-dan vəfat edib

Aktual

18.12.2020 - 16:41

Son sutkada 3962 nəfər koronavirusa yoluxub, 4188 nəfər sağalıb

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3962 yeni yoluxma faktı qeydə alınıb, 4188 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 45 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 195 422 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 131 252 nəfər müalicə olunaraq sağalıb, 2 133 nəfər vəfat edib, aktiv xəstə sayı 62 037 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 305, ötən müddət ərzində isə ümumilikdə 2 031 308 test aparılıb.

Müəllif: Ayna.az