Pensiyaçıların 55,5 faizini qadınlar, 44,5 faizini kişilər təşkil edir
Bu gün respublika üzrə pensiyaçıların ümumi sayı 1 milyon 200 min nəfərdən çoxdur.
AYNA xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, bu da respublika üzrə ümumi əhalinin 12%-ni təşkil edir.
Yaşa görə pensiyanın orta aylıq məbləği 358 manatdır. Pensiyaçıların 55,5 faizini qadınlar, 44,5 faizini kişilər təşkil edir.