Bakıda ən yüksək maaş verilən sahələr açıqlandı

Cəmiyyət

25.09.2019 - 23:15

Ən yüksək və an aşağı maaş verilən sahələr açıqlanıb

 

Bu ilin yanvar-iyul aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakı şəhərində işçilərin orta aylıq nominal əməkhaqqı 3,7 faiz artaraq, 819,4 manat olub.

 

Bu barədə AYNA-ya Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

 

Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə, sığorta fəaliyyəti, peşə, elmi, texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərə verilib.

 

Ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə