Avropada koronavirus kabusu: Qocalar evlərində ölü tapılırlar

Dünya

24.03.2020 - 12:37

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Hökumət təcili yaşlı adamlarla bağlı tədbirlər planı hazırlamalıdır”

 

İspaniya Avropada İtaliyadan sonra koronavirusla mübarizədə aciz qalan ikinci ölkədir. Ölkədə fövqəladə vəziyyət elan olunsa da, vəziyyətə ordunun dəstəyi ilə nəzarət edilməyə çalışılsa da, vəziyyəti tam nəzarətə almaq mümkün olmur.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, İspaniyada “evdə qal” çağırışından sonra küçələr boşalsa da, başqa bir problem ortaya çıxıb. Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, koronavirus pandemiyası ilə mübarizəyə cəlb edilmiş ispan əsgərləri qocaları evlərində tərk edilmiş və çarpayılarında ölü vəziyyətdə tapırlar.

 

Baş verən hallarla bağlı prokurorluq da istintaq işlərinə cəlb edilib. Müdafiə naziri Marqarita Robles, hökumətin təcili yaşlı adamlarla bağlı tədbirlər planı hazırlamasının, qocalar evlərində virusla bağlı müayinələrə başlanlmasının vacibliyini bəyan edib.

 

Qeyd edək ki, İspaniyada virusdan ölənlərin sayı 2182 nəfərə çatıb. Paytaxt Madriddəki buz meydançası Covid-19 qurbanları üçün morqa çevrilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş