Avropa ruslar üçün sərhədləri açmadı

Dünya

26.06.2020 - 12:17

Həkimlər Klinikalar SEO Xidməti

Belə bir qərar Rusiyadakı epidemioloji vəziyyətlə bağlıdır

 

Avropa Birliyi (AB) Rusiyanı iyulun 1-də sərhədlərin açılacağı ölkələr siyahısına daxil etməyib. AYNA bildirir ki, bu barədə TASS-a AB dövlətlərindən birinin heyətindəki mənbə məlumat verib. Mənbə qeyd edib ki, belə bir qərar Rusiyadakı epidemioloji vəziyyətlə bağlıdır.

 

"Bu normaldır, çünki Rusiya ilə sərhədi açmaq üçün vaxt lazımdır. Hazırda Avropa ölkələrinə nisbətən Rusiyada koronavirus daha çox yayılmağa başlayıb”, - deyə mənbə qeyd edib.

 

Vurğulanıb ki, vətəndaşlarının AB-yə daxil olmasına icazə verilən dövlətlərin siyahısı daim nəzərdən keçirilir və yenilənir: "Rusiyadakı epidemioloji vəziyyət yaxşılaşandan sonra biz bu ölkəni də siyahıya daxil edəcəyik. İnanın ki, bu, bütün tərəflərin maraqlarına uyğundur”.

 

Qeyd edək ki, iyunun 23-dən etibarən AB bir çox ölkə vətəndaşlarının girişinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Lakin, Rusiya bu sırada deyil. Rusiyadan başqa, ABŞ və Braziliya vətəndaşlarının da Şengen zonasına girişi məhduddur.

 

Bununla yanaşı digər dövlətlər də Rusiyada koronavirusun yayılmasının artdığı səbəbindən rusların girişinə müvəqqəti olaraq məhdudiyyət tətbiq ediblər. Bunların arasında Türkiyə və Tunis də var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş