Alimlərdən koronavirusla bağlı yeni tələb

Dünya

15.04.2020 - 16:48

Həkimlər Klinikalar SEO Xidməti

Təcrid qaydalarının 2022-ci ilə qədər uzadılmasını tələb edirlər

 

Harvard Universitetində kompüter simulyasiyası üzərində çalışan alimlərin modelləşdirmə işinin təfərrüatları “Science” jurnalında dərc edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, jurnalda dərc olunan məlumata görə, insanlar arasındakı sosial məsafənin 2022-ci ilə qədər uzadılması tələb olunub.

 

Soyuq aylarda COVİD-19-un daha yoluxucu olduğunu güman edən elm adamları 2022-ci ilə qədər xəstəxanaların virus daşıyıcıları ilə dolmasının qarşısını almaq üçün və təcrid qaydalarının qarşısını birdəfəlik almaq mümkün deyil deyə, sosial məsafənin zaman-zaman təkrarlanmasını tələb ediblər.

 

Araşdırma qrupunun lideri Stiven Kisslerin sözlərinə görə, ABŞ-da SARS CoV-2 virusunu stabil həddə saxlamaq üçün birdəfəlik sosial məsafə tədbirləri həyata keçirmək qeyri-mümkündür: “Digər müalicə formaları olmadığı üçün vacib olan fasilələrlə sosial məsafə dövrünün uzadılmasıdır”.

 

Qeyd edək ki, dünya miqyasında yeni növ koronavirusa yoluxanların sayı 2 milyonu keçib. Virusdan ən çox təsirlənən ölkə isə 614 min 246 xəstə ilə ABŞ-dır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş