Alimlər koronavirusun ən təhlükəli ştamını aşkarlayıb

Dünya

20.02.2021 - 07:48

Ştamın yarandığı ölkəni hələ dəqiq müəyyənləşdirməyiblər

 

Alimlər koronavirusun yeni ştamının aşkar olunması haqqında bildiriblər.

 

AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

 

Mütəxəssislər mutasiyanın COVID-19-un digər növləri ilə müqayisədə daha yoluxucu ola bilməsindən narahatlıqlarını ifadə ediblər.

 

Onlar həmçinin vurğulayıblar ki, ştamın yarandığı ölkəni hələ dəqiq müəyyənləşdirməyiblər, ancaq güman edirlər ki, o, Banqladeşdən gələ bilər.

 

Bundan əvvəl ABŞ-da koronavirusun hibrid ştamı aşkarlanıb.

 

Pandemiyanın başlanğıcından dünyada koronavirusa 110,9 milyondan çox yoluxma qeydə alınıb, 85,8 milyondan çox pasiyent sağalıb, virusa yoluxmuş 2,4 milyondan çox insan ölüb.

Müəllif: Ayna.az