Aİ ilə Britaniya arasında yüksək səviyyəli görüş olacaq

Dünya

12.06.2020 - 04:54

Görüş iyunun 15-də virtual formatda keçiriləcək

 

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya arasında yüksək səviyyəli görüş keçiriləcək.

 

AYNA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.

 

Avropa Komissiyasının Prezidenti qeyd edib ki, iyunun 15-də virtual formatda keçiriləcək görüşdə Avropa Parlamentinin Prezidenti David Sassoli və Aİ Şurasının Prezidenti Çarlz Mişel iştirak edəcək.

Müəllif: Ayna.az