Ağstafada şəhidin xatirəsinə bulaq tikilib

Cəmiyyət

30.01.2022 - 11:49

Həkimlər Klinikalar SEO Xidməti

Ramiz Mustafayevin xatirəsi doğulduğu rayonda əbədiləşdirilib

Ağstafalı Vətən müharibəsi şəhidi Ramiz Mustafayevin şəhidlik zirvəsinə ucalmasının birinci ildönümündə xatirəsinə inşa olunmuş bulaq-abidə kompleksinin açılışı olub. AYNA xəbər verir ki, bu barədə Ağstafa Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi açılışda, xatirə lövhəsinin önünə gül dəstələri düzülüb, şəhidin əziz xatirəsi yad olunub. Çıxış edənlər onun keçdiyi şərəfli ömür və döyüş yolundan danışıblar.

Bildirilib ki, Ramiz Mustafayev 1989-cu il mayın 11-də Ağstafa şəhərində anadan olub. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçu kimi iştirak edib. 28 yanvar 2021-ci il yanvarın 28-də Kəlbəcər rayonu ərazisində, xidməti vəzifəsini yerinə yetirərkən şəhadətə ucalan Ramiz Mustafayev Ağstafa rayon Şəhidlər xiyabanında dəfn olunub. Şəhidin bir qız və oğul övladı yadigar qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş