Şəhid pilotun xanımı haqqını tələb edir

Cəmiyyət

29.11.2019 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

Pərişan Musazadə: “Bütün əmlakımız əlimizdən alınıb, bu maaşla da necə dolanaq?!”

 

Şəhid pilot Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə məmur haqsızlığından gileylənib. AYNA xəbər verir ki, o, bu barədə “Facebook” hesabında məlumat paylaşıb. 

 

“Dəfələrlə məmur haqsızlığı ilə üz-üzə qalmışam. Hər dəfə “Bu, bizim işimiz deyil”, - deyərək məsuliyyətdən boyun qaçırıblar. Ailəmizdən qalan bütün əmlakımız əlimizdən alınıb. Aldığımız mənzilin komendantı sənədlərin saxta olması iddiası ilə bizi evimizə buraxmayıb. Məmurlar isə bu özbaşınalığa göz yumaraq məsuliyyətdən boyun qaçırıblar. Şəhid xanımı olduğum halda, 147 manat əməkhaqqı olan işə təyin ediblər. Bu maaşla necə dolanmaq olar?”, - P.Musazadə yazıb.

 

O, problemlərinin həlli üçün yazdıqları məktubların cavabsız qaldığını qeyd edib: “Şəhid oğlu ilə Prezident Administrasiyasına məktub yazmışdıq. Administrasiyadan məşğulluq idarəsinə yaxınlaşmağımız üçün cavab gəldi. Məşğulluq idarəsindən isə 200 manat maaşı olan iş təklif etdilər. 26 yaşında ailəsinə baxan bir insan bu maaşla necə dolansın? Şəhid xanımı olaraq haqqımızı tələb edirəm”.

Müəllif: Mərahim Nəsib