Paytaxt sakinləri arasında yol davası: Polis də tədbir görə bilmir

Cəmiyyət

26.10.2019 - 10:55

Vaqif Əsədov: “Bir tərəfin narahatlığını anlayırıq, amma digər tərəf də öz evinə gedə bilmədiyini deyir”

 

Bakı şəhəri Şirvani 3 ünvanında, 86 və 88 saylı binalarda (Babək prospektinə çıxan hissə) yaşayan sakinlər bir-biriləri yola getmirlər. AYNA-ya müraciət edən sakinlərdən biri deyib ki, bir qrup insan ümumi yoldan binaya giriş olan məhəlləarası yolu bağlayıb.

 

“Həmin sakinlər, hətta zəncirlənmiş yerə özbaşına yol nişanı da qoyublar. Bu da orada və həmin binaya yaxın ərazidə yaşayanların evlərinə avtomobillə getmələrinə əngəl törədib”, - deyə şikayətçi sakin bildirib.

Raminə Eyvazqızı