İrana qarşı yeni sanksiyalar tətbiq olunub
ABŞ hökuməti İrana qarşı sanksiya siyahısına Birləşmiş Ərəb Əmirliklərində yerləşən bir sıra şirkətlərin adını salıb.
AYNA xəbər verir ki, bunlar “Alam Althrwa General Trading L.L.C.”, “Alphabet International Dmcc”, “Alwaneo L.L.C Co”, “Petro Grand FZE”, “Swissol Trade DMCC” şirkətləridir.
İranın neft və neft-kimya məhsullarının satılmasına dəstək verdikləri üçün onlara məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.