Hava hücumu nəticəsində yüzdən artıq adam öldü

Dünya

27.07.2019 - 01:28

Suriya höküməti tərəfindən xəstəxanalara, məktəblərə və bazarlara edilən hava hücumları nəticəsində son 10 gün ərzində 26-sı uşaq olmaqla, 103 nəfər dinc əhali öldürülüb.
 
 
AYNA “amerikanınsesi”nə istinadla xəbər verir ki,“Bunlar mülki obyektlərdir və bu cür hücumların davamlı olmasını nəzarə alsaq, bunların təsadüfən vurulmaması ehtimalı yüksəkdir,” deyə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Rupert Kolvill Cenevrədəki toplantıda deyib.
 
 
Qeyd edək ki,  hökümət aprel ayının axırında Suriyanın şimal-qərbində prezident Bəşər Əsədə qarşı olan üsyançıların son anklavına qarşı hücuma keçməklə atəşkəsi pozub.
Müəllif: Ayna.az