ABŞ Ordusu Türkiyədən S-400 zenit-raket kompleksi ala bilər
ABŞ Senatı 2021-ci il Müdafiə Büdcəsi üçün hazırlanan qanun layihəsinə S-400-lərlə bağlı əlavə edib.
AYNA xəbər verir ki, dəyişikliyə əsasən, ABŞ Ordusuna Türkiyədən Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 "Triumf" zenit-raket komplekslərini almaq səlahiyyəti verilib.
Qərarda bildirilir ki, S-400-lərin alınması üçün lazım olan məbləğin orduya ayrılmasına icazə verilir.
Tanınmış jurnalist İbrahim Nəbioğlu xəbərə belə şərh verib:
"ABŞ Senatının qəbul etdiyi bir dəyişikliklə Pentagona belə bir səlahiyyət verdi ki, Türkiyə NATO standartlarına uyğun olmayan müdafiə sistemlərini almayacağına təəhhüd etdiyi təqdirdə Türk Silahlı Qüvvələrinin Rusiyadan aldığı S-400 Hava Müdafiə Sistemlərini satın ala bilər.
Yəni, Amerika deyir ki, ey Türkiyə, rusların S-400-lərini bizə sat, biz də əvəzində sizə F-35-ləri verək.
Bunun başqa, daha sadə traktovkası belədir:
Ey Türkiyə, Rusiyadan üz döndər, üzünü Amerikaya çevir!!!"