ABŞ-da koronavirus qurbanlarının sayı artıb

Dünya

25.06.2020 - 07:46

Koronavirus can almaqda davam edir 

 

ABŞ-da son sutka ərzində daha 708 nəfər koronavirusundan vəfat edib.

 

AYNA xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 124 181-ə çatıb.

 

Qeyd edək ki, indiyədək ABŞ-da 2,457,340 nəfər koronavirusa yoluxub, onlardan 1,033,261-i sağalıb. Aktiv xəstələrin sayı isə 1,299,898-dir.

Müəllif: Ayna.az