ABŞ-da kəskin hava şəraiti 58 nəfərin həyatına son qoyub

Dünya

20.02.2021 - 03:56

Azı altı nəfər evində donmuş halda aşkarlanıb

 

ABŞ-da bir həftədir davam edən qütb soyuqları nəticəsində həyatını itirənlərin sayı 58-ə çatıb.

 

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Texas ştatı başda olmaqla, ölkənin böyük hissəsini təsiri altına alan şiddətli qar və buzlaşma əlverişsiz vəziyyət yaradıb.

 

Şiddətli soyuqlar nəticəsində və buzlaşmanın səbəb olduğu qəzalarda ən azı 58 nəfərin öldüyü bildirilir.

 

Qeyd edilib ki, şiddətli soyuqlar səbəbindən azı altı nəfər evində donmuş halda aşkarlanıb. Maşınında isinmək istəyən çox sayda insan isə zəhərlənib, bəziləri isə evində isinməyə çalışarkən çıxan yanğınlarda həyatını itirib.

 

ABŞ Milli Meteorologiya Xidməti Texasda həftəsonu temperaturun mənfi 18-dən 10 dərəcəyədək yüksələcəyini, ancaq yenidən mənfiyə düşəcəyini proqnozlaşdırı

Müəllif: Ayna.az