Hər 10 asiyalıdan 3-ü irqi və etnik mənsubiyyətinə görə qərəzli münasibətlə üzləşir
ABŞ-da koronavirus səbəbi ilə hər 10 yetişkin asiyalıdan 3-ü ayrıseçkiliyə məruz qalır. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın araşdırma şirkətlərindən olan PEW tərəfindən hazırlanan hesabatda qeyd olunub.
Sənəddə bildirilib ki, hər 10 asiyalıdan 3-ü irqi və etnik mənsubiyyətinə görə qərəzli münasibətlə üzləşir. Hesabatda həmçinin, koronavirusa görə edilən yardımlarda da asiyalıların ən son sıralarda olduğu vurğulanıb. COVID-19 səbəbi ilə qaradərililərin yüzdə 51 faizi yardım aldığını bildiridiyi halda, bu faiz asiyalılarda 28-dir.