Ziyanla işləyən dövlət şirkətinin 120 milyon dollarlıq ehtişamı: <font color=red> Nəyə lazım idi?!</font>

İqtisadiyyat

10.12.2020 - 23:12

Natiq Cəfərli: “Bu gün ölkənin qarşısında “Azərsu”ya yeni bina tikməkdən daha aktual vəzifələr durur”

 

Rəşad Həsənov: “Bina dərhal satışa çıxarılmalı və əldə olunan gəlir Qarabağda su təchizatı infrastrukturunun qurulmasına yönəldilməlidir”

 

“AZ-MEP GROUP” MMC “Azərsu” ASC-nin yeni inzibati binasında son tamamlama işləri görəcək. Www.tender.gov.az saytının materiallarına görə, tərəflər arasında müvafiq müqavilə bağlanıb.

 

Müqaviləyə aşağıdakılar daxildir: tikinti-quraşdırma işlərinin icrası, interyer, landşaft, elektromexanika işləri, həmçinin yoxlama və tənzimləmə. Müqavilənin dəyəri 10 milyon 532 min 655,34 manatdır. “Azərsu” ASC-nin yeni inzibati binası Heydər Əliyev prospektində inşa olunur.

 

Bu xəbər dövlət fondlarına daha qənaətlə yanaşılmalı olduğunu hesab edən ekspert cameəsinin nümayəndələri tərəfindən birmənalı qarşılanmadı. İqtisadçı-ekspert Natiq Cəfərlinin AYNA-ya dediyinə görə, bu gün ölkənin qarşısında “Azərsu”ya yeni bina tikməkdən daha aktual vəzifələr durur: “Bunlar dövlət xəzinəsindən xeyli xərc tələb edəcək, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı və infrastrukturunun yenidən qurulmasıdır. Yeni bir inzibati binanın inşasına gəlincə, bu tikinti yüksək neft qiymətləri illərində, xarici bazarlarda bir barel “qara qızıl”ın yüz dollardan yuxarı qiymətə satıldığı zaman başlamışdı”.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

“2013-cü ildə su təminatyının kəsilməsinin kədərli ənənəyə çevrildiyi bir ölkədə, neft dollarlarının axınları dalğasında 120 milyon dollara su idarəsi üçün inzibati bir bina tikilməsinə qərar verildi. Ötən gün bu məqsəd üçün daha 10,5 milyon manat vəsait ayrıldı. Əlbəttə ki, bütün bu xərclər sual doğurur: Bü gün buna nə ehtiyacımız var? Üstəlik, belə bahalı ofisə yalnız mənfəət gətirən şirkətlər sahib ola bilər, daha ziyanla işləyən, dövlət tərəfindən daimi subsidiyalaşdırılan və nəhayət, özəlləşdirilməli olan bir təşkilat – “Azərsu” yox”, - deyə Cəfərli bildirib.

 

İqtisadçı hesab edir ki, ölkədə mövcud olan neft indekslərin azalması və pandemiya fonunda hər manata qənaət olunmalıdır: “Büdcə vəsaitlərinin xərclənməsi barədə qərar qəbul etməzdən əvvəl yeddi dəfə ölçüb, bir dəfə biçmək lazımdır”.

 

İqtisadçı-ekspert Rəşad Həsənov da məsələyə bənzər bir baxış bucağına sahibdir. O, AYNA-ya deyib ki, neftin ucuzlaşması səbəbindən, cari və gələn il ölkəmiz üçün çətin il olacaq: “Bundan əlavə, ölkənin qarşısında azad edilmiş ərazilərin bərpası üçün genişmiqyaslı vəzifələr durur. Bu fonda, “Azərsu”nun inzibati binası üçün daha 10,5 milyon manat ödəniləcək və bununla da layihənin ümumi dəyəri 120 milyon dollara çatır. Bəs, bu, kimə lazımdır? Xatırlayırsınızsa, ölkənin su ehtiyatlarının qiymətləndirilməsini başa çatdırmaq üçün lazım olan 8 milyon manat tapa bilmədik. “Azərsu” binası bundan daha vacibdir? Yalnız bu faktdan çıxış edərək, demək olar ki, “tender ovçuları” bu prosesdən kənarlaşdırılmasa, Qarabağın bərpası proqramının da çox baha başa gələcəyi iddia edilə bilər”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Həsənov bu binanın dərhal satışa çıxarılmasını və əldə olunan gəlirdən Qarabağda lazımi su təchizatı infrastrukturunun qurulmasını təklif edir.

 

Əlavə edək ki, “Azərsu” ASC-nin ölkənin digər şəhər və rayonlarında da yeni inzibati binaları istifadəyə verib. Belə ki, Şəki şəhərində ümumi sahəsi 630 m2, Tərtər şəhərində 210 m2, Daşkəsən şəhərində 180 m2 olan müasir inzibati binalar tikilib. Yeni ofis binalarında müştəri qəbul etmək və ödəmə etmək üçün hər cür şərait yaradılıb. Artıq 17 şəhərdə inzibati binalar tikilib istifadəyə verilib, Qazax şəhərində isə “Azərsu” binasının inşası bu ilin sonunadək başa çatacaq.

 

Cari ilin 1 yanvar tarixinə “Azərsu” ASC-nin kredit və borc öhdəliklərinin keçən ilə nisbətən 1,5% artaraq 247,11 milyon manat səviyyəsində müəyyənləşdirilməsi diqqət çəkir. Bu barədə şirkətin maliyyə hesabatlarında deyilir.

 

Hesabat dövründə “Azərsu” nun Maliyyə Nazirliyinə borcu 20,4% artaraq 109,259 milyon manat təşkil edib. Almaniya dövlət bankı KfW-yə borc 3,7% azalaraq 58,35 milyon manata, Fransanın “Natixis” korporativ və investisiya bankına borcu 11,1%-ə (39,583 milyon manat), Dünya Bankına (DB) 30%-ə (24,362 milyon manat) qədər azalıb. Amma qurumun Asiya İnkişaf Bankına (AİB) borcu 21% (15.483 milyon manata qədər) artıb. Bundan əlavə, Azərbaycan Beynəlxalq Bankına (ABB) isə dəyişməz olaraq 73 min manat borc qalıb.

 

Maliyyə Nazirliyi səhmdar cəmiyyətinə faizsiz borc, KfW illik 0,75%, “Natixis” illik 2,45%, DB illik 0,75%, AİB illik 2,5%, ABB illik 1% ilə kredit verib. Azərbaycan hökuməti bu borcların qarantı kimi çıxış edir. Yəni, ödənilmədiyi təqdirdə, su təsərrüfatının kreditləri dövlət tərəfindən ödəniləcək.

Müəllif: Tanya Samsonova