319 kiloqram 182 qram narkоtik vasitə və 7338 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən may ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 609 min 617 manat оlan qaçaqmal, о cümlədən ABŞ valyutası, spirtli içkilər, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb. AYNA.AZ xəbər verir ki, bu barədə DSX-nın Mətbuat Mərkəzindən bildirilib.
Məlumata görə, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 319 kiloqram 182 qram narkоtik vasitə və 7338 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.