“ABŞ-ın dünyadakı bütün münaqişələrə son qoymasını və sonra növbəmizin çatmasını gözləməyə ehtiyac yoxdur”
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın digər beynəlxalq münaqişələrin həllini tamamlamasını gözləmədən Rusiya Prezidenti Vladimir Putinlə dərhal birbaşa danışıqlara başlamağa hazır olduğunu bəyan edib. AYNA.AZ-ın məlumatına görə, Prezident bu barədə jurnalistlərə bildirib.
Zelenski deyib: “Mən indi Putinlə birbaşa danışıqlara başlamağa hazıram. Ona görə də ABŞ-ın dünyadakı bütün münaqişələrə son qoymasını və sonra növbəmizin çatmasını gözləməyə ehtiyac yoxdur”.
Prezident həmçinin qeyd edib ki, Vaşinqtonun diqqəti hazırda əsasən İran ətrafındakı vəziyyətə yönəlib: “Bu gün biz buna diqqət yetirmirik. Məncə, İran ABŞ üçün bir nömrəli məsələdir”.