Finlandiya Avropa İttifaqının genişlənməsini dəstəkləyib

Dünya

04.06.2026 - 18:03

Aleksander Stubb Avropa İttifaqına üzv olan ölkələrin sayının 27-dən 40-a çatdırılmasını təklif edib

Finlandiya Prezidenti Aleksander Stubb Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin sayının 27-dən 40-a çatdırılmasını təklif edib. AYNA.AZ xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

"Kanada ABŞ-ın 51-ci ştatı əvəzinə Avropa İttifaqının 28-ci ştatı olsa, əla olmazdımı?" Finlandiya Prezidenti bildirib.

Onun sözlərinə görə, ilk növbədə Norveç, İslandiya, Ukrayna, Moldova və Gürcüstan İttifaqa qəbul edilməlidir. Bundan sonra Türkiyənin daxil olması ciddi şəkildə nəzərdən keçirilməlidir. Stubb həmçinin Kanadanın Aİ-yə daxil olmasının tərəfdarı olduğunu bildirib.

Prezident onu da vurğulayıb ki, indi coğrafiyanı nəzərə alaraq böyük düşünmək, kifayət qədər çevik üzvlük mexanizmləri yaratmaq lazımdır. O əlavə edib ki, Aİ-nin genişlənməsi üçün fürsət pəncərəsi kifayət qədər qısadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş