ABŞ-ın tədbirləri səbəbindən xarici bank Kubada “Visa” və “Mastercard” ilə əməliyyatları dayandırır
ABŞ sanksiyaları səbəbindən 6 iyun tarixindən etibarən Kubada “Visa” və “Mastercard” işləməyəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Cubadebate” portalı Karib respublikasının Mərkəzi Bankına istinadən məlumat yayıb.
Nəşrdə bildirilib ki, "ABŞ-ın tədbirləri səbəbindən xarici bank 6 iyun tarixindən etibarən Kubada “Visa” və “Mastercard” ilə əməliyyatları dayandırır".
Qeyd olunub ki, əməliyyatların dayandırılması ABŞ Prezidenti Donald Trampın 1 may tarixində verdiyi sərəncamla birbaşa bağlıdır. Bu qərara görə, Kuba “Visa” və “Mastercard” da daxil olmaqla beynəlxalq səviyyədə tanınmış kartlardan istifadə edərək mal və xidmətlərin satışından gəlir əldə edə bilməyəcək.
Elana əsasən, ölkədə nağd pul, milli ödənişli “Clásica” və “Tropical” kartları, eləcə də beynəlxalq “Mir” və “UnionPay” kartları qəbul edilən ödəniş üsulları olaraq qalacaq.