Zaxarova: “Azərbaycanla mədəni əməkdaşlığın yenidən başlaması vacibdir”

Aktual

04.06.2026 - 22:47

“Ən yüksək səviyyədə də daxil olmaqla, bir sıra təşəbbüslər müzakirə olunub”

“Rusiya Azərbaycanla ikitərəfli əlaqələrin bütün spektrini ardıcıl olaraq inkişaf etdirməyi hədəfləyir və mədəni və humanitar sahələrdə tammiqyaslı əməkdaşlığın yenidən başlamasını zəruri hesab edir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF 2026) çərçivəsində keçirilən brifinqdə deyib.

Rusiya XİN rəsmisi bildirib ki, "Moskva ikitərəfli əlaqələrin bütün spektrinin ardıcıl inkişafına sadiqdir. Bu, xalqlarımızın maraqlarına uyğundur. Hesab edirik ki, hazırkı fasilədən sonra mədəni və humanitar sahələrdə tammiqyaslı əməkdaşlığın mümkün qədər tez bərpa edilməsi vacibdir".

Zaxarovanın sözlərinə görə, “ən yüksək səviyyədə də daxil olmaqla, bir sıra təşəbbüslər müzakirə olunub”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş