Zelenski Krımın Ukraynaya qayıdacağından əmindir

Dünya

10.06.2020 - 13:09

“Krımı işğal etdiyinə görə, rus xalqı utanc hissi keçirməlidir”

 

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın 2014-cü ildə Krımı işğal etdiyinə görə, rus xalqının utanc hissi keçirməli olduğunu bildirib. O, qeyd edib ki, baş verənlər bir neçə il sonra rus xalqı üçün ayıb olacaq.

 

“Təəssüf ki, belədir. Krım Ukraynaya qayıtmadan gələcək ukraynalı və rusiyalı nəsillər normal, açıq, səmimi ünsiyyət qura bilməyəcəklər”, Prezident vurğulayıb.

 

Zelenski Rusiya-Ukrayna münasibətlərinin normallaşması müddətinin  neçə il çəkəcəyini bilmədiyini söyləyib: “Amma Krımın Ukraynaya qayıdacağına əminəm”.

Müəllif: Ayna.az