Son sutkada virusa yeni yoluxma aşkarlanmayıb
Yeni Zelandiyada məktəblərin fəaliyyətinə qoyulan qadağalar aradan qalıdırılıb. AYNA xəbər verir ki, bu barədə Yeni Zelandiya radiosu məlumat yayıb.
Ölkənin Təhsil naziri Kris Hipkins sosial məsafədən istifadə qaydalarını nəzərə alaraq, məktəblərə getməyin çətin olduğunu da bildirib: “Məktəblər qaydaların mövcudluğundan əmin olmaq üçün çox çalışır. Valideynlər də ictimai nəqliyyat təşkil etdikləri kimi, övladlarının da məktəbə getmələrini təmin etmək üçün çox iş görürlər”.
Lakin Yeni Zelandiyada məktəblərlə yanaşı, müəssisələr, ticarət mərkəzləri, pərakəndə mağazalar və restoranlar da yenidən fəaliyyətə başlayıb. Həmçinin, sosial məsafə qaydalarını gözləmək şərti ilə bəzi tədbirlərin keçirilməsinə də icazə verilib.
Qeyd edək ki, həyatın normala qayıtmağa başladığı ölkədə son 24 saat ərzində 2570 nəfər üçün test edilib və yeni yoluxma aşkarlanmayıb.