“Həlak olmuş ingilis əsgərlərinin dəfn olunduğu ərazidə çoxlu boş yer var"
“Britaniya Rusiyaya qarşı yeni aqressiv planlar qurmamaq üçün Krım müharibəsi nəticəsində öz itkilərini xatırlamalıdır”. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Leonid İvlev deyib.
"Krımdakı Alma döyüşü meydanında, Vilino yaxınlığında həlak olmuş ingilis əsgərlərinin dəfn olunduğu ərazidə çoxlu boş yer var", - deyə bildirib.
Bundan əlavə, Dövlət Dumasının deputatı bu silahlı münaqişədə iştirak edən Fransada 19-cu əsrdə baş vermiş hadisələri xatırlamağa çağırıb.