Azərbaycan və Ukrayna arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub

Xəbərlər

25.05.2025 - 20:46

cedabet Klinikalar SEO Xidməti

Andrey Sibiqa: “Biz dünyanın bununla bağlı dəstəyini tələb edəcəyik, istəyəcəyik”

Azərbaycan və Ukrayna arasında gələcəkdə minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə olunub.

AYNA.AZ xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib ki, həmkarını Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra regionda münaqişədən sonrakı vəziyyət, xüsusilə yüz minlərlə keçmiş məcburi köçkünün öz doğma torpaqlarına qayıtması üçün göstərilən səylər barədə məlumatlandırıb: “Biz həmçinin ərazilərin minalardan təmizlənməsi istiqamətində görülən tədbirləri müzakirə etdik, çünki minaların mövcudluğu əhalinin qayıtması üçün ciddi maneə olaraq qalır".

Sibiqa qeyd edib ki, azərbaycanlı həmkarıyla minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə ediblər: “Azərbaycanın bu sahədəki təcrübəsi var. Biz dünyanın bununla bağlı dəstəyini tələb edəcəyik, istəyəcəyik”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş